Sonq Çjonpinq: "ABŞ istifadə müddəti bitmiş lazımsız sursatlardan xilas olmaq istəyir"


"Amerika hakimiyyəti Ukraynanı kaset sursatları ilə təmin etmək qərarına gəlib, çünki öz ehtiyatlarını ləğv etmək lazımdır". Bu barədə çinli hərbi ekspert Sonq Çjonpinq Global Times (GT) üçün məqaləsində bildirib.


Onun sözlərinə görə, Vaşinqton istifadə müddəti bitmiş lazımsız sursatlardan xilas olmaq istəyir: “Əslində ABŞ Soyuq Müharibədən bəri kaset sursatları hazırlayıb və sonradan onları çoxlu sayda ehtiyatda saxlayıb. Deməli, məsələ ehtiyatların tükənməsi zərurətidir”, - ekspert vurğulayıb.

Bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi, kasetli sursatların Kiyevə təhvil verilməsi qərarını Ukrayna ordusunun artilleriya mərmiləri xərclərini kompensasiya etmək zərurəti ilə əlaqələndirib. O, Ukrayna ordusunun döyüş sursatının tükənmək üzrə olduğunu bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu