KİV-də İDDİA: Türkiyə Ukraynaya Amerika tipli kaset sursatları tədarük edir


Türkiyə Ukraynaya Amerika tipli kaset sursatları tədarük edir.


AFN.az "Ria Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Foreign Policy" jurnalı məlumat yayıb. Nəşrin məlumatında qeyd olunur ki, Türkiyə 2022-ci ilin sonundan Ukraynaya artilleriyada istifadə edilən ABŞ dizaynlı kaset bombaları göndərməyə başlayıb.

Bildirilir ki, tədarüklər noyabrda başlayıb. Jurnalın adını açıqlamadığı mənbənin sözlərinə görə, ABŞ Ukraynaya kaset sursatlarına icazə vermədikdən sonra onu əldə edə biləcəyi yeganə yer Türkiyə olub.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan beynəlxalq ictimaiyyətin ancaq silah alverçilərinə yardım etdiyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu