Çin Borrelin səfərini ləğv etdi: "Artıq mümkün deyil"


Çin AB Ali Nümayəndəsi Borrelin iyulun 10-da Pekinə səfərinin artıq mümkün olmadığını və başqa alternativlərin axtarılması lazım olduğunu bildirib.


Çin Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrelin gələn həftə Pekinə səfərini ləğv edib.

South China Morning Post (SCMP) qəzetinin xəbərinə görə, AB Komissiyasının sözçülərindən biri Nabila Massralinin verdiyi açıqlamada, Çindən Borrelin səfərinin iyulda baş tuta bilməyəcəyi ilə bağlı məlumatlandırıldıqlarını söyləyib.

Qeyd edək ki, iyulun 2-də Aİ-nin Pekindəki səfiri Xorxe Toledo Borrelin iyulun 10-da Pekinə səfər edəcəyini açıqlamışdı.

Toledo bildirib ki, Borrell Rusiya-Ukrayna müharibəsi, insan haqları və ticarət kimi müxtəlif mövzularda Çin Xarici İşlər Naziri, Çin Qrupu və digər yüksək səviyyəli rəsmilərlə görüşəcək.

Bundan öncə də Avropa İttifaqının Ali Nümayəndəsi Borrell Covid-19-a tutulduğu üçün 13-15 aprel tarixlərində Çinə səfərini təxirə salmışdı.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu