FHN-in funksiyasını Google icra etdi - EKSPERT


Dünən Xəzərdə baş verən və Azərbaycanın Bakı da daxil olmaqla bir sıra bölgələrində hiss edilən zəlzələ ilə bağlı müzakirələr davam edir.


AFN.az xatırladır ki, yeraltı təkandan bir neçə saniyə əvvəl android platformasından müvafiq cihazlara xəbərdarlıq gəlib. İT mütəxəssisi Osman Gündüz hadisə ilə bağlı şərh verib. Ekspert bu məsələdə Fövqəladə Hallar Nazirliyini (FHN) tənqid edərək bildirir ki, Google "Zəlzələ xəbərdarlığı" xidmətini xarici seysmik qurumların datalarından əldə edərək təqdim edir: "İndi əksəriyyət müzakirə edir ki, nə üçün Google ona bu mesajı göndərməyib, yaxud da nə üçün bu mesaj iPhone telefonu işlədənlərə göndərilməyib. Apple şirkətini qınayanlar var.
Google-un xəbərdarlıq mesajından sonra əhali arasında xeyli çaşqınlığın, məlumatsızlığın, hətta dezinformasiyaların yayılması da müşahidə edilib. Heç kim soruşmur ki, bəs FHN-in xəbərdarlığı, onun mesajları, onun mobil tətbiqləri və mobil xidməti haradadır? Uzun illərdi ki, Fövqəladə Hallar Nazirliyi
"112 Mobil Xilasedici" tətbiqini hazırlaya bilməyib. "112" qaynar xətt xidməti aktiv olsa da, daha effektiv olan uyğun mobil tətbiq yoxdur.
Xatırlayıram ki, 2016-cı ildə ATL şurkəti FHN-in sifarişi ilə İOS və Android üçün belə bir resurs hazırlamışdı. Lakin sonralar bu mobil resurs hər iki platformadan yığışdırılıb. Sonralar FHN bir neçə dəfə belə bir mobil resursun hazırlanması haqqında mesajlar versə də, indiyədək bu reallaşmayıb.
Xatırladıram ki, digər ölkələrin əksəriyyətində belə bir mobil resurs aktivdir.
"112 Mobil Xilasedici" daha operativ reaksiya üçün, ilkin məlumatlandırma və ilkin yardım üçün, əks əlaqə üçün, kordinatın müəyyən edilməsi və yönləndirilməsi üçün, hadisə haqqında daha yetərli məlumatlar almaq üçün indiki zamanda ən effektiv və səmərəli həll yoludur.
Maraqlıdır ki, hədsiz geniş resurslara, böyük bir İT idarəyə və komandaya malik olan FHN 7 ildir ki, balaca bir mobil tətbiqi ortaya çıxara bilməyib.
Çox düşündürücü və təəssüfləndirici bir haldır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu