Priqojin Rusiya hakimiyyətinə qarşı üsyanın öz məqsədinə çatdığını bildirdi
Rusiyanın “Vaqner” təhlükəsizlik şirkətinin qurucusu Yevgeni Priqojin sosial media hesabından paylaşdığı səsli mesajında ötən ay Rusiya rəhbərliyinə qarşı təşkil etdiyi silahlı üsyanla bağlı açıqlama verib.
O, silahlı üsyanla öz məqsədlərinə çatdıqlarını vurğulayıb. Priqojin mesajında xalqın dəstəyinə hər zamankindən daha çox ehtiyacı olduğunu ifadə edərək, “Bizim ədalət yürüşümüz xainlərlə mübarizə və cəmiyyəti səfərbər etmək məqsədi daşıyırdı. Düşünürəm ki, biz buna böyük ölçüdə nail olmuşuq. Əminəm ki, tezliklə cəbhədə yeni qələbələrimizi görəcəksiniz”. ifadəsini işlədib.
Vaqnerin rəsmi sosial media hesabı kimi tanınan Telegram kanalında yayılan paylaşımda “Vaqnerin xüsusi hərbi əməliyyatda müvəqqəti iştirak etməməsi və Belarusa köçməsi səbəbindən Vaqnerin regional qırıcıların tədarükü mərkəzlərinin fəaliyyəti bir ay müddətinə dayandırılıb” qeyd edilib.
Mənbə: AA