Blinken Rusiyadakı vəziyyəti G7 müttəfiqləri ilə müzakirə edib

ABŞ dövlət katibi Entoni Blinken G7 və Avropa İttifaqından olan həmkarları ilə telefon danışığı zamanı Rusiyadakı mövcud vəziyyəti müzakirə edib.
CNN-in məlumatına görə, söhbətdə Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və Böyük Britaniyanın xarici işlər nazirləri, eləcə də Aİ-nin yüksək səviyyəli diplomatı iştirak edib.
Dövlət Departamentinin sözçüsü bildirib ki, Blinken ABŞ-ın Ukraynaya dəstəyinin dəyişməyəcəyini bir daha təkrarlayıb və vəziyyət inkişaf etdikcə ABŞ-ın müttəfiqləri və tərəfdaşları ilə sıx koordinasiya aparacağını bildirib.