NASA-dan "Ayda həyat ola bilər" açıqlaması


NASA-dan bir alim Ayın cənub qütbündəki qaranlıq kraterlərdə mikrobioloji həyatın ola biləcəyini açıqlayıb.


NASA-nın Goddard Kosmik Uçuş Mərkəzindən planetşünas Prabal Saksena mövzu ilə bağlı açıqlama verib. O, nisbətən qorunan ərazilərdə belə həyat üçün "potensial yaşayış üçün yuvalar" ola biləcəyini açıqlayıb.

Business Insider-in xəbəinrə görə, bu cür mikrobların Yerdən qaynaqlandığı və Aya eniş əməliyyatları ilə oraya çatdığı düşünülür.

NASA-nın 2025-ci ildə Artemis III astronavtlarını endirməyə ümid etdiyi yer olduğu üçün Ayın cənub qütbü son illərdə çox diqqət çəkib. NASA 13 potensial eniş yeri müəyyən etmişdi.

Heç bir insan Ayın cənub qütbünə ayaq basmayıb. Bununla belə, oradakı bəzi kraterlərdə buzun olduğu məlumdur.

Bu kraterlərin bəzi sahələri daimi qaranlıqda, daimi kölgədədir. Nəticədə Günəşin zərərli radiasiyası heç vaxt bu Ay ciblərinə çatmır və onlar mikroblar üçün "təhlükəsiz sığınacaq" ola bilirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu