Küçə Azərbaycan adlanır, məktəb Zərifə Əliyevanın adınadır: Cəlilabadda yollar bərbaddır - VİDEO
Cəlilabad rayonunun mərkəzində sakinlər yolsuzluqdan əziyyət çəkirlər.
AFN.az-a müraciət edən rayon sakinləri bildirirlər ki, Azərbaycan adlanan küçə uzun illərdir təmir edilmir: "Zərifə Əliyeva adına 7 saylı orta məktəbin qarşısında xüsusilə biabırçı vəziyyət mövcuddur. Dəfələrlə rayon icra hakimiyyətinə müraciət etmişik, amma reaksiya verməyiblər. Yağış olanda tamam keçilməz olur buralar. Çox istərdik ki, ölkə rəhbərliyi bu işə bir əncam çəksin. Əvvəla, insanlar illərdir zülüm çəkir, ikincisi, Zərifə Əliyeva kimi böyük bir alimin, akademikin adını daşıyan məktəbin qarşısında belə vəziyyət utancvericidir. Burada yüzlərlə ailə yaşayır. Hamı zülüm çəkir yolsuzluqdan".