Çingiz Əsgərov: Bu il yeni təyin edilən hakimlərin 40 faizini qadınlar təşkil edir


"Bu il yeni təyin edilən hakimlərin 40 faizini qadınlar təşkil edir".


"Report”un xəbərinə görə, bunu Azərbaycanın Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov "Gender Bərabərliyi Beynəlxalq İnsan Hüquqlarının hissəsi kimi” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O bildirib ki, məhkəmə hakimiyyətində qadınların roluna əhəmiyyət verilir: "Bu rəqəm ildən ilə artır. Ali Məhkəmənin rəhbər vəzifələrində xanımlar çalışır. Məsələn, bizdə məhkəmə işlərinin idarə edilməsi şöbəsi yaradılıb və orada 5 sektordan 4-nün rəhbəri qadındır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu