ABŞ-da 2 metrlik timsah yağış suyu borusunda nasazlığa səbəb oldu - VİDEO

ABŞ-ın Florida ştatının bir qəsəbəsindəki yeraltı yağış suyu borusunda işlərin yaxşı getmədiyini anlayan qruplar boruda 1,7 metr uzunluğunda timsah olduğunu müəyyən ediblər.
AFN.az Haberglobala istinadən xəbər verir ki, Florida ştatının Oviedo qəsəbəsində yeraltı yağış suyu borularında anomaliyaları aşkar etmək üçün qruplar tərəfindən boruların içərisinə robot kamera yerləşdirilib.
Komandaların sonradan izlədiyi kamera qeydlərində yağış suyu borusunda 1,7 metr uzunluğunda timsahın olduğu görülüb.
Timsahın əvvəlcə qurbağa olduğu düşünüldüyü, yaxınlaşdıqda isə timsah olduğu anlaşıldığı və timsahın təqib edildiyi bildirilib.
Ərazidə olan insanlara su borularına girməmək barədə xəbərdarlıq edilib.