Mövlud Çavuşoğlu: "Biz səmanı Paşinyanın təyyarəsi üçün də bağlamışıq"
Ermənistan bəyanatlarında və siyasətində balanssızdır.
AFN.az xəbr verir ki, bunu Türkiyə mətbuatına müsahibəsində Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
O qeyd edib ki, bəzi hallarda müsbət bəyanat, sonra isə tamamilə əks hərəkət görürük:
"Təəssüf ki, istədiyimiz səmimiyyəti görmürük. Ermənistan-Azərbaycan-Türkiyə əməkdaşlığı daha çox Ermənistanın xeyrinədir. Zəlzələ zamanı gəlib kömək etdilər. Xarici İşlər naziri Ankaraya gəldi və biz ona təşəkkür etdik. Amma indi diplomatlarımızı öldürənlərə abidə qoyublar. Biz jest etdik, hava sərhədimizi açdıq, amma indi bağladıq. Paşinyanın təyyarəsi də daxil olmaqla, VİP təyyarələr üçün də bağladıq”, - Çavuşoğlu əlavə edib.