Çavuşoğlu Ermənistana xəbərdarlıq edib: “Nemesis” abidəsinin qoyulması qəbuledilməzdir”


“Türkiyə Ermənistanla münasibətlərin normallaşmasında səmimidir. Amma Ermənistanda “Nemesis” abidəsinin qoyulması qəbuledilməzdir”.


“Report” xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu NTV-yə müsahibəsində deyib.

“Mən bunu qəbul edə bilmərəm. Ermənistanın bu barədə açıqlamaları isə səmimi deyil. Biz adekvat cavab olaraq hava sahəsini bağladıq. Lazım olsa başqa addımlar da ata bilərik”, - nazir bildirib.

M.Çavuşoğlu söyləyib ki, Ermənistan Türkiyəni aldatmağa cəhd etməməlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu