Mərkəzi Nəbatat Bağında qanunsuz tikilən obyektlər sökülüb


"Mərkəzi Nəbatat Bağında qanunsuz tikilən 40-a yaxın ictimai iaşə obyekti sökülüb".


"Report" xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov deyib.

O bildirib ki, artıq bağın ərazisində qanunsuz tikililər yoxdur: "Əvvəllər bağın ərazisində qeyri-qanuni formada tikilmiş "Şəki", "Qəbələ" restoranları, avtomobil-təmir sexləri vardı. Artıq onlar sökülüb, yerində isə bir hissədə avtomobillər üçün parkinq yaradılacaq, digər hissədə isə ağacların əkilməsi nəzərdə tutulub".

E.İmanov qeyd edib ki, həmçinin bağın ərazisindəki qəzalı şəraitdə olan binalar sökülüb.

Şöbə müdiri söyləyib ki, Mərkəzi Nəbatat Bağında şəhər daxilində yeni bir meşə yaradılır və burada Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BŞİH tərəfindən davamlı olaraq monitorinqlər aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu