Ermənistanın terroru davam edir - Laçında çoban minaya düşdü


Minatəmizləmə Agentliyi (ANAMA) Laçın rayonunda baş verən mina hadisəsi ilə bağlı məlumat yayıb.


Agentlikdən bildirilib ki, hadisə minalardan təmizlənməmiş ərazidə baş verib.

Qeyd edilib ki, mal-qara otararkən minalanmış əraziyə daxil olma nəticəsində baş verən hadisə zamanı bir nəfər mülki şəxs xəsarət alıb.

***

Bu gün Laçın rayonu Sus kəndi ərazisində heyvan otaran çoban piyada əleyhinə minaya düşüb.


Bu barədə AFN.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 2001-ci il təvəllüdlü Ramil Əzizov ayağından xəsarət alıb. O, ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb.

Araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu