Ermənistan itkilərini açıqladı

Bu gün baş verən döyüşlər nəticəsində Ermənistan ordusunun 4 hərbçisi məhv edilib.
AFN.az-ın məlumatına görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Qurumdan verilən açıqlamada daha 6 hərbçinin yaralandığı bildirilir.
Sosial şəbəkələrin Ermənistan seqmentində və ölkə KİV-ində itkilərin və yaralı sayının daha çox olduğu bildirilir.