Laçın istiqamətində döyüşlər: artilleriya və PUA-lardan istifadə edilib


Laçın istiqamətində döyüşlər davam edir.


AFN.az Caliber.az-a istinadən xəbər verir ki, Ermənistan tərəfi artilleriyadan istifadə edir, düşmənin PUA-ları səmada aktiv fəaliyyət göstərir.

Bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ qəsəbəsi istiqamətində yerləşən mövqelərdən Laçın rayonu istiqamətində Azərbaycan ordusunun mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.

Əməliyyat məlumatlarına görə, Azərbaycan tərəfi Laçın istiqamətində düşmənin canlı qüvvəsi və ağır texnikasının yığılmasını müəyyənləşdirir. Ermənistan artilleriya və zirehli qüvvələr toplayır. İrəvan ciddi hərbi əməliyyata hazırlaşır - görünür, rəhbərlik yerlərdə vəziyyəti dəyişmək qərarına gəlib.

Son məlumatlara görə, ermənilər Dığ kəndi istiqamətində postları tərk edərək qarşılarına çıxan 11 min nəfərin arxasınca qaçıblar.

Bu gün baş verənlər Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qəsddir və buna görə Ermənistan çox ağır məsuliyyət daşıyacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu