“Fitch”: “Azərbaycanda bank sektorunun əsas göstəriciləri yaxşılaşıb”


Azərbaycanın bank sektorunun vəziyyəti son illərdə yaxşılaşsa da, hələ də kifayət qədər zəif olaraq qalır ki, "Fitch" bank sistemi indikatorunun “b” göstəricisi bunu bir daha təsdiq edir.


"Report" xəbər verir ki, bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin hesabatında deyilir.

"Vaxtı keçmiş kreditlərin payı 2020-ci ilin sonundakı 6,1 %-dən 2022-ci ilin sonunda 2,9 %-ə enib ki, buna sektorun kredit qoyuluşlarında güclü artım səbəb olub.

Orta kapitalın gəlirliliyi 2022-ci ildə 17,3 % təşkil edib və bu il 15 %-dən yuxarı qalacağı ehtimal edilir, 1-ci dərəcəli kapitalın adekvatlıq əmsalı 15,2 % təşkil edir, bank sektorunda Rusiyanın iştirak payı isə yüksək deyil”, - agentlik qeyd edib.


Depozitlərin dollarlaşma əmsalı 2020-ci ilin sonundakı 60 %-dən 2022-ci ilin sonunda 48 %-ə ensə də, 19 %-lik orta göstəricidən xeyli yuxarı olaraq qalmaqdadır. “Fitch” hesab edir ki, tənzimləyici orqanların nəzarəti yaxşılaşır, lakin hələ də müəyyən çatışmazlıqlar mövcuddur.

"Dövlət tərəfindən təkrar kreditləşməyə və zəmanətlərə gəlincə, onların payı 2022-ci ildə 9 faiz bəndi azalaraq ÜDM-in 16,6 %-i səviyyəsinə düşüb. Bunun 80 %-i Azərbaycan Beynəlxalq Bankının 2017-ci ildə restrukturizasiyası və Cənub Qaz Dəhlizi layihəsi ilə bağlıdır", - agentlik bildirir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu