Beş Aİ ölkəsi Avropa Komissiyasını yığılmış Ukrayna taxılını almağa çağırıb


Polşa, Slovakiya, Macarıstan, Rumıniya və Bolqarıstanın baş nazirləri Avropa Komissiyasını öz ərazilərində formalaşan taxıl və digər Ukrayna ərzaq məhsulları ilə bağlı onlara kömək etməyə çağırıblar.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, onlar Avropa Komissiyasını humanitar ehtiyaclar üçün Ukrayna ilə həmsərhəd olan Aİ-yə üzv ölkələrdən yığılmış taxıl almaq imkanlarını araşdırmağa çağırırlar. Qeyd edilən ölkələrin baş nazirlərinin Aİ prezidenti Ursula fon der Leyenə yazdığı məktubda deyilir ki, həmçinin nəqliyyat infrastrukturunun inkişafını sürətləndirmək üçün Aİ-dən maliyyə dəstəyi vacibdir.

Ukrayna ilə həmsərhəd ölkələrdə taxıl, toxum, yumurta, quş əti, şəkər, alma və alma şirəsi, giləmeyvə, un, bal və makaron kimi ixrac mallarının bolluğu müşahidə olunur ki, bu da tədarükün artıqlığına səbəb olur və müvafiq olaraq mənfi təsir göstərir. Digər problem isə həmin məhsulların bu ölkələrin rəflərində artıqlaması ilə qalması və Aİ-dən kənarda almağa hazır ölkələrə çatmamasıdır.

Avropa Komissiyası daha əvvəl bəyan etmişdi ki, onlar Ukrayna məhsullarının artıqlığı ilə üzləşən ölkələrə yardım mexanizmini tez bir zamanda işə salmaq niyyətindədirlər.

Şərqi Avropa ölkələri AK-ni Ukraynadan taxıl ixracına nəzarətin qurulmasına və yerli fermerlərə zərər verəcək dempinq qiymətlərinin qarşısını almağa kömək edəcək mexanizmlər hazırlamağa çağırmağı planlaşdırır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu