"Boko Haram" terrorçusu hazırladığı bombaya basaraq ölüb


Nigeriyada terror təşkilatı "Boko Haram"ı bomba ilə təmin edən şəxs özünün hazırladığı partlayıcının (PİP) üzərinə basaraq ölüb.


AFN.az bu barədə xarici mediaya istinadən xəbər verir. Kəşfiyyat rəsmisi Zaqazola Makama verdiyi açıqlamada terrorçuların əsas bomba istehsalçısı olan 39 yaşlı Awana Geidamın Sambisa meşəsində təhlükəsizlik qüvvələri üçün yerləşdirdiyi PİP-ə təsadüfən basaraq öldüyünü bildirib. Makama qeyd edib ki, terrorçu Borno əyalətində patrul xidmətində olan əsgərlərə qarşı çoxsaylı hücumlar planlaşdırmaqda günahlandırılıb.

Nigeriyada 2000-ci illərin əvvəllərindən mövcud olan "Boko Haram"ın təşkil etdiyi kütləvi terror aktlarında 20 mindən çox insan həyatını itirib.

Terror təşkilatı 2022-ci ildən ölkənin şimal-şərqində PUA-dan istifadə edərək 90-dan çox hücum həyata keçirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu