Çin Rusiyadan neft və qaz alışını artırmaqda maraqlı deyil


2022-ci ildə Rusiya Hindistana və Çinə neft ixracını əhəmiyyətli dərəcədə artırıb.


AFN.az xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib. O, 2022-ci ildə Rusiyadan Hindistana neft tədarükünün 22 dəfə artdığını deyib. "Enerji resurslarımızın böyük hissəsi başqa bazarlara, dost ölkələrin bazarlarına yönəldilib. Nəzərinizə çatdırım ki, Hindistana neft tədarükünü götürsək, keçən il bu istiqamətdə 22 dəfə artım olub. Çinə, digər ölkələrə tədarüklər də həmçinin artıb. Bu həm də sənayedə görülən böyük işin nəticəsidir”, - deyə Novak bildirib.

Baş nazirin müavini “Rossiya 24” telekanalına müsahibəsində 2022-ci ildə Çinə neft ixracının 8% artdığını deyib. Onun sözlərinə görə, Çinə kömür ixracı daha çox artıb.

Novakın dediyindən aydın olub ki, 2022-ci ildə Rusiyanın Çinə neft ixracı cəmi 8 faiz artıb. Bu isə ondan xəbər verir ki, Çin daha çox Rusiya nefti almaqda maraqlı deyil. Pekin həmçinin Rusiyadan qaz alışını da artırmağa həvəs göstərmir. Hindistana gəlincə, Qərbin qiymət tavanı qərarından sonra artıq bu ilin ilk aylarında bu ölkənin bir neçə iri şirkəti Rusiya neftinin ticarətini maliyyələşdirməkdə, həmçinin daşımaların sığortalanması sahəsində ciddi çətinliklərlə üzləşdiklərini bəyan ediblər. Hidnistan və digər ölkələrin bank və sığorta qurumları alınan neftin qiymət tavanına uyğun olduğunu təsdiqləyən sənədlər tələb edirlər. Bızi məlumatlara görə, Rusiya neftini sata bilmək üçün Hindistandan olan alıcılara müqavilələrdə qiymətin 60 dollarlıq tavandan aşağı olduğunun qeyd olunmasına icazə verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu