BMT-də Azərbaycanın təşkilatçılığı ilə plenar sessiya keçiriləcək


BMT-də Azərbaycanın təşkilatçılığı ilə plenar sessiya keçiriləcək.


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-da işgüzar səfərdədir.

Səfər çərçivəsində nümayəndə heyəti BMT-nin Nyu-Yorkdakı Baş qərargahında baş tutacaq İqtisadi və Sosial Şuranın (ECOSOC) Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin 22-ci sessiyasında iştirak edəcək.

Sessiya çərçivəsində Ü.Mehdiyevin "Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq və davamlı inkişaf üçün BMT-nin səmərəli idarəçilik prinsiplərinin tətbiqi" mövzusunda çıxışı nəzərdə tutulub.

Bununla yanaşı, tədbir çərçivəsində Dövlət Agentliyi və BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin birgə təşkilatçılığı ilə "İnsan yönümlü dizayn və birgə idarəetmə vasitəsilə dövlət xidmətlərinin göstərilməsinin transformasiyası" mövzusunda plenar sessiyası keçiriləcək. Ölkəmizin ev sahibliyi edəcəyi plenar sessiyada Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılmış "ASAN xidmət", eləcə də "ASAN xidmət indeksi" və Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri ilə üzv ölkələrin təmsilçilərinə məlumat veriləcək, beynəlxalq ekspertlərin iştirakı ilə mövzu ətrafında müzakirələr aparılacaq.

Səfər çərçivəsində Ü.Mehdiyevin BMT rəsmiləri və üzv dövlətlərin təmsilçiləri ilə ikitərəfli görüşləri baş tutacaq.

Report



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu