Moskva İrəvanın BCM-in Roma Statutuna qoşulmaq planlarını qəbuledilməz hesab edir


Moskva İrəvanın Rusiya rəhbərliyinə qarşı çıxarılan orderlər fonunda Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutuna qoşulmaq planlarını qəbuledilməz hesab edir.


“Report”un Rusiya bürosunun məlumatına görə, bu barədə bu gün TASS-a Rusiya Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

“Moskva rəsmi İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmaq planlarını BCM-in Rusiya rəhbərliyinə qarşı son qanunsuz və hüquqi cəhətdən etibarsız orderləri fonunda tamamilə qəbuledilməz hesab edir”, - mənbə deyib.

O, həmçinin Ermənistan tərəfinə atılacaq mümkün addımların ikitərəfli münasibətlərə son dərəcə mənfi təsir göstərəcəyi barədə xəbərdarlıq edildiyinə də vurğulayıb.

Xatırladaq ki, martın 24-də Ermənistan Konstitusiya Məhkəməsi rəsmi İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmasının ölkənin əsas qanunlarına uyğun olduğu barədə qərar verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu