Azərbaycanda Türkiyə hərbi bazasının açılması məsələsi yenidən gündəmdə


Azərbaycanda Türkiyənin hərbi bazasının olması artıq vacib məsələyə çevrilməkdədir. Bir tərəfdən İran, digər tərəfdən, hətta lap ərazimizdən Rusiya təhdidləri gündən-günə artmaqdadır. Azərbaycan hər nə qədər güclü, qüdrətli dövlət olsa da, adları çəkilən dövlətlərin qarşısında mütləq bir dayağa ehtiyacı var. Bu dayaq da Türkiyədən başqa heç bir dövlət ola bilməz. Bu baxımdan, Vətən Müharibəsindən bəri gündəmdə olan hərbi baza məsələsini reallaşdırmağa tələsmək lazımdır, desək, yanılmarıq.


AFN.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu məsələ ilə bağlı şərh verib. O xatırladıb ki, Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan 2021-ci ilin iyun ayında Azərbaycana səfərdən geri qayıdarkən təyyarədə türkiyəli jurnalistlərdən birinin bu mövzuda sualını cavablandırıb. “Azərbaycan ictimaiyyətində Türkiyənin hərbi baza məsələsində ciddi tələb var. Şuşa Bəyannaməsidə hərbi baza məsələsi varmı” sualına Ərdoğan belə cavab vermişdi: “Bu məsələ bəyannamədən kənarda deyil. Burada daha sonra addımlar ata bilərik”. Yəni Ərdoğan bu cavabı ilə Türkiyənin Azərbaycanda hərbi bazanın yaradılmasını istisna etməmişdi" - deyə politoloq qeyd edib.
E.Şahinoğlunun fikrincə, Türkiyədə mayın 14-də keçiriləcək prezident seçkisilərinə qədər bu istiqamətdə real addımların atılmasında fayda var: "Bu seçkilərin nəticəsi bəlli deyil. Ona görə nə qədər ki, Ərdoğan hakimiyyətdədir hərbi baza məsələsini reallaşdırmaq faydalı olar. İran, qarşısında Azərbaycan-Türkiyə hərbi ittifaqının real gücünü görməyincə təxribatlardan əl çəkməyəcək. Türkiyənin Azərbaycanda hərbi bazası Rusiyanı da Azərbaycana qarşı təxribatlardan çəkindirəcək amillərdən birinə çevrilə bilər".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu