İtə təcavüz edib öldürməyin cəzası 1 il 2 ay həbs oldu
Türkiyədə qonşusunun itini zorlayaraq öldürən şəxsə 1 il 2 ay həbs cəzası verilib.
AFN.az "İhlas" xəbər agentliyinə istinadən xəbər verir ki, bu ağlasığmaz hadisə Ankarada baş verib. Qonşusunun itinə təcavüz edən kişi sonra onu öldürüb. O, etdiyi əməlin cəzası olaraq 1 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.
Ankara Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda təqsirləndirilən Volkan U. iştirak etməsə də, tərəflərin vəkilləri iştirak edib. Məhkəmə sədri iş materiallarında olan sənədlərlə tanış olduqdan sonra sözü vəkillərə verib. Verilən açıqlamalardan sonra qərarını açıqlayan məhkəmə təqsirləndirilən şəxsə “mülkiyyətə ziyan vurma” cinayətinə görə 1 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxsin hökmündə möhlət tətbiq edilməyib.