İsveçrə parlamenti Ukraynaya 5,4 milyard dollardan çox pul verməyi təklif edir
İsveçrə parlamentinin Xarici Siyasət Komitəsi Ukraynaya dəstək üçün ən azı 5 milyard İsveçrə frankı ayrılmasını təklif edib.
AFN.az xəbər verir ki, bu barədə "SwishInfo" bildirib. Bu vəsaitin humanitar yardıma, mülki əhalinin müdafiəsinə, minalardan təmizlənməsinə və sülh quruculuğuna yönəldilməsi məqsədilə verilməsi təklif olunur.
Komitə 13 səs, əleyhinə 11 səs, bir bitərəf olmaqla müvafiq təkliflə çıxış edib. Komitənin iclasında həmçinin Ukraynada baş verən son hadisələr, xüsusən humanitar sahədə və təhlükəsizlik siyasəti sahəsində müzakirələr aparılıb. Komissiya üzvlərinin əksəriyyəti Ukraynanın əhəmiyyətli maliyyə dəstəyinə ehtiyacı olduğu qənaətindədir. Azlıq hesab edir ki, Ukraynanın bərpası və bu istiqamətdə beynəlxalq əməkdaşlığa dair çoxsaylı suallar hələ də aydınlaşdırma tələb edir.