Seldə həyatını itirən körpə Zeynəb anasının yanında torpağa tapşırılıb


Türkiyədə baş verən sel fəlakətində də acıverici hallar yaşanıb.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, Adıyamanın Tut rayonunda selin apardığı və 6 gündən sonra meyiti tapılan 1,5 yaşlı Zeynəb Zümra Tekdal eyni fəlakətdə həyatını itirən anası Fatma Tekdalın məzarının yanında basdırılıb.

Ötən həftə Tut rayonunda başlayan leysan yağışlar zamanı Ömerovası dərəsini sel basıb. Tekdal və Sarıkaya ailələrinin dərə kənarındakı bağçaya yerləşdirdikləri konteyneri də özü ilə süpürüb aparan sel suları 4 nəfərin həyatına son qoyub. Belə ki, konteynerdə olan 8 nəfər xilas olmağı bacarsa da, 4 nəfər buna nail ola bilməyib. Selma Sarıkayanın və Emine Sarıkayanın cansız cəsədləri bir gün sonra tapılıb. İtmiş tibb bacısı Fatma Tekdalın cəsədinə qrupların işləri ilə dünən səhər saatlarında çatılıb. 2 aylıq hamilə olan Fatma Tekdal yaxınları tərəfindən şəhərin mərkəzində dəfn edilib. Onun 1,5 yaşlı qızı Zeynəb Zümra Tekdalın meyiti isə dünən axşam saatlarında tapılıb. O, bu gün anasının yanında torpağa verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu