Rusiyadan İT mütəxəssisləri Ermənistana və Gürcüstana axır


2022-ci ildə Rusiyanın 110 min vətəndaşı Ermənistana köçərək orada yaşamağa başlayıb.


AFN.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu məlumatı Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan açıqlayıb. O bildirib ki, ötən il 108-110 min Rusiya vətəndaşı Ermənistanda daimi yaşamaq hüququ əldə edib.
2022-ci ildə Ermənistanda Rusiya vətəndaşları 2,5 min hüquqi şəxs yaradıblar. Daha 4 min nəfər isə fədri sahibkar kimi qeydiyyatdan keçib. Erməni nazirin sözlərinə görə, rusiyalıların yaratdığı biznes müəssisələrində 600-700 nəfər işçi heyəti olanlar da var, 1-2 nəfər olan da.
Baş nazir Nikol Paşinyan isə yanvarda bildirib ki, Rusiyadan gələnlər 2022-ci ildə Ermənistanın ÜDM-dəki artımın 3 faizini təmin ediblər.
Qeyd edək ki, Ukrayna müharibəsi başlandıqdan və Rusiyaya qarşı sanksiyalar tətbiq olunduqdan sonra ölkənin İT sektorunun xaricə böyük köçü qeydə alınıb. İT şirkətlər və fərdi fəaliyyət göstərən şəxslər kütləvi şəkildə Gürcüstan, Ermənistan, Qazaxıstan və digər ölkələrə köçüblər. Həmin vaxtlar Azərbaycanda bir çox mütəxəssislər Rusiya İT şirkətlərinin, mütəxəssislərin Ermənistana kütləvi köçünün Azərbaycan üçün təhlükəsizlik baxımından ciddi problemlər yarada biləcəyi barədə xəbərdarlıq edirdilər. Onlar Azərbaycan hökumətinin Rusiyadan köçənləri ölkəmizə cəlb etmək üçün təcili addımlar atmalı olduğunu bildirirdilər.
Azərbaycanda xaricdən gələn İT şirkət və onların əməkdaşları üçün güzəştləri nəzərdə tutan qanunvericilik dəyşiklikləri ötən ilin sonlarında qəbul edildi. Həmin vaxt açıqlanan bəzi məlumatlarda 300-dək İT mütəxəssisinin ölkəmizə gəldiyi bildirilirdi. Ermənistan və Gürcüstana gedən minlərin qarşılığında bu rəqəm çox kiçikdir...
Ümid edək ki, güzəştlər tətbiq olunduqdan sonra başqa ölkələrə gedən mütəxəssislərin bir qismi Azərbaycana relokasiya edəcəklər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu