MN: "Ermənistan tərəfinin yaydığı məlumat yalandır"
Azərbaycan Ordusunun bölmələri tərəfindən guya martın 9-u saat 17:50 radələrində Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri istiqamətində atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır.
Bu barədə AFN.az-a Müdafiə Nazirliyindən bildirilib.
Yayılan məlumatı qəti surətdə təkzib edirik.