Ermənistan ordusunun mayoru Azərbaycana casusluqda ittiham olunur


Ermənistan Silahlı Qüvvələrinin mayoru, N- saylı hərbi hissə komandirinin maddi-texniki təminat üzrə müavini A.N. həbs edilib. O, dövlətə xəyanətdə ittiham edilir.


Bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb. Qeyd edilir ki, saxlanılan şəxs 2021-ci ilin sentyabrında Azərbaycanın xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilib.
Qeyd edilir ki, mayor A.N. ilə birlikdə digər hərbçi A.T. 2021-ci ilin iyul ayında Kişik İşıqlı dağı yaxınlığındakı Qaragöl gölü yaxınlığındakı döyüş mövqelərinə “Ural” markalı yük avtomobili ilə ərzaq apararkən əlverişsiz hava şəraiti ilə əlaqədar düşmənin nəzarətində olan əraziyə düşərək əsir götürülüb və Bakıya aparılıb.
“İstintaq zamanı məlum olub ki, 2021-ci il sentyabrın 7-dək Bakıdakı cəzaçəkmə müəssisələrindən birində əsirlikdə saxlanılan A.N. xarici kəşfiyyat orqanları ilə əməkdaşlığa dair yazılı müqavilə imzalayıb. Həmin il sentyabrın 7-də A.N Ermənistana qayıdıb və 2021-ci ilin dekabrında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində kommunal xidmət rəisi təyin edilib. İşlədiyi müddətdə A.N. 20200 ABŞ dolları məbləğində mükafat müqabilində dövlət sirri təşkil edən məlumatları Azərbaycanın xüsusi xidmət orqanlarına ötürüb və bununla da Ermənistanın ərazi bütövlüyü və xarici təhlükəsizliyinə xələl gətirən xəyanətə yol verib.
2023-cü il fevarın 28-də prokurorun qərarı ilə A.N.-yə qarşı cinayət işi başlanıb. O, dövlətə xəyanətdə ittiham olunur. İstintaq başa çatıb və ittiham aktı təsdiq edilib. Cinayət işinin materialları İrəvan Birinci İnstansiya Məhkəməsinə təqdim olunub.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu