Hacı Şahinlə bağlı fırıldaqçılar kampaniya başlayıblar - XƏBƏRDARLIQ+FOTO
Qəfil ürək tutmasından vəfat edən“Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənlinin yas mərasimi ilə bağlı saxta pul yığma kampaniyası başladılıb.
AFN.az xəbər verir ki, bununla bağlı mərhumun yaxınları bildiriblər. Bildirilir ki, saxta hesablar yayılaraq inanclı kəsimin etibarından istifadə edilir, guya dəfn və yas mərasimi xərcləri adı altında pul yığılır. Hacı Şahinin sosial şəbəkə hesabında bununla bağlı xəbərdarlıq yayılıb. Xəbərdarlıqda deyilir:
Əziz dostlar!
Hacı Şahin Həsənlinin dəfni və ya digər məsələlərə yardımla bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.
Diqqətli olmağınızı xahiş edirik.