Blinken və Lavrov Hindistanda görüşüblər


ABŞ dövlət katibi Blinken və Rusiyanın xarici işlər naziri Lavrov G20 çərçivəsində görüş keçirib.


AFN.az xatırladır ki, onlar sonuncu dəfə ötən ilin iyununda rastlaşmışdılar, lakin ABŞ dövlət katibini görəndə Lavrov otaqdan çıxıb getmişdi. ABŞ mənbələrinin məlumatına görə, bu dəfə onlar Hindistanda zirvə toplantısından kənar görüşüblər, lakin söhbət 10 dəqiqədən az davam edib.

Entoni Blinken Lavrova bildirib ki, ABŞ lazım olduğu müddətdə Ukraynanı dəstəkləməyə davam edəcək. ABŞ dövlət katibi həmçinin Rusiyanı Nüvə Qarşısının Alınması Müqaviləsindən çıxmaq qərarına görə tənqid edib və Moskvanı Rusiyada 16 ildir casusluq ittihamı ilə məhkum edilmiş amerikalı Paul Uhelanı azad etməyə çağırıb.

Öz növbəsində Lavrov bildirib ki, Dehlidə tam tərkibdə görüşün baş tutmamasının günahı qarşı tərəfin üzərinə düşür. O, Hindistanda toplaşan xarici işlər nazirlərinə deyib ki, Qərb nümayəndələri öz səhvlərinə görə Rusiyanı günahlandırmağa çalışıblar, həmçinin ev sahibi olan Hindistanın digər məsələlərdə razılığa gəlmək səylərinə hörmətsizlik edərək görüşü pozublar. Rusiya XİN rəhbəri həmçinin bildirib ki, öz ölkəsi Çinlə Qərbə qarşı təhdid və şantajlara birgə qarşı çıxmaq barədə razılığa gəlib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu