Sabunçu RİH qəzalı binanın sakinlərinə qarşı ayrı-seçkilik edir - VİDEO


Sabunçu rayonu, Asif Əsədullayev küçəsi 27 ünvanındakı qəzalı binanın sakinləri mənzillərindən köçürülüb.


AFN.az İTV-yə istinadən xəbər verir ki, binanın bir hissəsi 3 il əvvəl köçürülüb. Bina hazırda qəzalı vəziyyətdədir. Sakinlərinin hamısı yeni ünvana köçsə də, bir ailə mənzilini tərk etmir. Səbəb isə mənzil sahibinə mənzilinin dəyərinin düzgün ödənilməməsidir. Mənzilin sahibi Rasim Orucov bildirib ki, təklif edilən kompensasiya onları qane etmir. Evinin 200 kvadratmetrə yaxın olduğunu deyən mənzil sahibi, ona təklif edilən 192 min manatla razı deyil: "Sabunçu rayon İcra Hakimiyyətinin 27 sentyabr 2019-cu il tarixli sərəncamına görə, həmin vəsait birbaşa bizim mənzil şəraitimizin yaxşılaşdırılmasına yönəldilməlidir. Həmin sərəncama görə, 25 faiz əlavə hesablanmaqla mənzillə təmin olunmalıyıq. Amma İH bizi mənzillə təmin etməkdən imtina edir".

AFN.az-ın araşdırması zamanı isə məlum olub ki, həmin binada yaşayan sakinlərin yarısından çoxu Sabunçu qəsəbəsi Rəsulzadə küçəsində yeni inşa olunan binaya köçürülüb. Köçürülmə zamanı isə onlara mənzil sahəsi 25% əlavə ilə birlikdə verilib. R.Orucov da eyni hüquqdan yararlanmaq istəsə də, nədənsə RİH bu məsələdə başqa mövqe tutur.

Ətraflı videoda:




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu