Paytaxtın bir rayonunda 81 narkotacir saxlanıldı - VİDEO


Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən fevral ayı ərzində də Bakıxanov, Balaxanı, Ramana, Zabrat, Bilgəh, Pirşağı, Kürdəxanı, Maştağa qəsəbələri və digər ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı əməliyyatlar davam etdirilib.


Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 81 nəfər saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılanların bir neçəsi əvvəllər də eyni cinayətlər etdikləri üçün, yəni narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdiklərinə görə məhkum olunmuş şəxslərdir. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən 21 kiloqram heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilib.

Qeyd edək ki, saxlanılan şəxslərin bir neçəsinin Sabunçu rayonunda evlərdən və obyektlərdən oğurluq etdikləri də müəyyən olunub. Onların hər biri barəsində İdarənin İstintaq Şöbəsində Cinayət işləri başlanılıb. Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin də tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu