İsveç "Leopard 2" tanklarının Ukraynaya verir


İsveç “Leopard 2” döyüş tanklarının arsenalından Ukraynaya verilməsini nəzərdən keçirməyə hazırdır.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İsveçin müdafiə naziri Pol Yonson açıqlayıb. "Növbəti yardım paketi çərçivəsində müəyyən sayda “Leopard 2” döyüş tankının verilməsi müzakirə edilir" - deyə Pol Yonson qeyd edib.

İsveç 1 il ərzində Ukraynaya böyük həcmdə silah, sursat və müxtəlif humanitar yardımlar göndərib. Müdafiə naziri bildirib ki, keçən il müharibə başlayandan bəri hərbi və mülki yardım paketləri çərçivəsində edilən bu yardımların ümumi dəyəri bir milyard avronu keçib. "Son yardım paketinə piyadaların döyüş maşınları daxil olub" - deyən Pol Yonsonun sözlərinə görə, quruda döyüş texnikası ilə təmin edilmə krallığın Ukraynanın təhlükəsizliyinə əsas töhfəsi olacaq. "Bu səbəbdən yaxın vaxtlarda elanı gözlənilən növbəti paketə ciddi ehtiyac duyulan tanklar da daxil ola bilər" - deyə İsveç rəsmisi əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu