Ukrayna Rusiya ordusunu 72 kilometrdən vura biləcək
ABŞ Ukraynaya 72 km məsafədə hədəfləri vura bilən uzaq mənzilli GPS idarəolunan “ağıllı bombalar” verəcək.
"Bloomberg"in özəl mənbələrə istinadən verdiyi məlumata görə, Pentaqon Silahlı Qüvvələrə Birgə Birbaşa Hücum Silahlarının dəyişdirilmiş versiyası ilə təmin edilməsinin təfərrüatlarını açıqlamayıb. Yalnız 2022-ci ilin dekabrında 1,85 milyard dollarlıq yardım paketinə dəqiq aviasiya sursatlarının daxil olduğunu elan edib.
Lakin vəziyyətlə tanış olan iki mənbə bunun "Boeing" şirkəti tərəfindən istehsal olunan "JDAM-ER" kimi tanınan uzun mənzilli JDAM bombaları olduğunu təsdiqləyib. Onlar 72 km (45 mil) məsafədəki hədəfləri vura bilir.
"Bloomberg" qeyd edib ki, yanvarın 20-də “Boeing” ABŞ Hərbi Hava Qüvvələrindən 40,5 milyon dollar məbləğində "JDAM-ER" istehsalı üçün sifariş alıb.
Qeyd edək ki, Silahlı Qüvvələrə konkret hansı növ Birgə Birbaşa Hücum Silahlarınln veriləcəyi əvvəllər məlum deyildi. Media, Ukraynanın idarə olunmayan bombalara təxminən 24 km (15 mil) məsafəni təmin edən "JDAM"-larla təmin ediləcəyini, bu da Silahlı Qüvvələrin Rusiya ərazisinə zərbə endirməsinə imkan verməyəcəyini hesab edirdi.
M.Vahidli