ABŞ Ukraynaya ballistik raketlər verdi


“ABŞ 150 km məsafədəki hədəfləri vura bilən raketləri Ukraynaya ötürməyi planlaşdırır.


Bu barədə “Reuters” öz mənbələrinə istinadən xəbər verir. Nəşrin məlumatına görə, Vaşinqton ilk dəfə olaraq daha uzaq mənzilli döyüş sursatlarını özündə birləşdirən 2,2 milyard dollarlıq yeni hərbi yardım paketi hazırlayır. “Söhbət əsasən ABŞ-ın “Boeing” və İsveçin “Saab” Qrupu tərəfindən istehsal olunan GLSDB (Ground Launched Small Diameter Bomb) raketlərindən gedir. Qeyd olunur ki, ABŞ Ukraynanın 300 km məsafəni vuran ATACMS raketlərinin verilməsi xahişini qəbul etməyib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu