Böyük Britaniyada gözlənilən iqtisadi böhran fonunda Brexit ləğv edilir
Böyük Britaniya Brexit-in ləğvini müzakirə edir. AFN.az yerli KİV-ə istinadən xəbər verir ki, baş nazir Rişi Sunak nazirlərdən Avropa İttifaqı ilə əlaqələrin bərpası üçün planlar hazırlamağı xahiş edib.
Böyük Britaniyada Brexit referendumundan yeddi ilə yaxın vaxt keçir. Aİ-dən ayrılmaq krallığa baha başa gəlir. Bu haqda Bloomberg yazıb. Agentlik bildirir ki, investisiyaların azalması və işçi çatışmazlığı nəzərə alınmaqla, Brexit Böyük Britaniya iqtisadiyyatına ildə 100 milyarda başa gəlir. "Britaniya indi pandemiyadan hələ də sağalmayan yeganə G7 ölkəsidir. İqtisadiyyat sərt karantin tədbirləri nəticəsində zərər çəkib: Britaniya parlamentinin fikrincə, 2021-ci ildə ÜDM-in azalması 1921-ci ildəki iqtisadi depressiyaya - Birinci Dünya Müharibəsindən sonra Britaniyadakı tənəzzülə bənzəyir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının proqnozlarına əsasən, 2023-24-cü illərdə Böyük Britaniya ÜDM artımına görə üzv ölkələr arasında sonuncu yerlərdən birini tutacaq" - agentliyin məlumatında deyilir.
Sadə vətəndaşlar da Brexitdən sonra həyatın yaxşılaşdığını hiss etmirdilər. Sorğulara görə, 7 il əvvəl Aİ-dən çıxmaq üçün səs verənlərin çoxu mağazalardakı yüksək qiymətlərə rəğmən artıq fikirlərini dəyişib.