Rusiyaya bombardmançı hazırlayan mütəxəssis ABŞ-a qaçdı
"Tu-160" strateji bombardmançılarının istehsal edildiyi Kazan Aviasiya Zavodunun mühəndisi ABŞ-a qaçıb və məlumat müqabilində oradan sığınacaq istəyib.
AFN.az xəbər verir ki, bu barədə "Yahoo News" ABŞ Gömrük və Sərhəd Mühafizə Xidmətindən əldə etdiyi hesabatda deyilir. Qeyd edilir ki, Rusiyanın "Tu-160" strateji bombardmançı təyyarəsində işləyən mühəndislərdən biri dekabrın sonunda ailəsi ilə birlikdə zirehli ciplə Meksika tərəfdən sərhədi keçərək sığınacaq istəyib.
Həmin şəxs müxalifət lideri Aleksey Navalnıya dəstək nümayişlərində iştirak etdiyinə görə Rusiya hakimiyyətinin təqiblərindən qorxduğunu bildirib. Sığınacaq verdiyi üçün adam Rusiya hərbi aviasiyası ilə bağlı vacib məlumatları ödəyəcəyini vəd edib.
“O, inşaat mühəndisi olduğunu və əvvəlki işinə 2018-ci ildən 2021-ci ilə qədər Kazan şəhərindəki Tupolev Aviasiya Zavodunda müəyyən növ hərbi təyyarələrin istehsalı üzrə işlərin daxil olduğunu bildirib”, - deyə nəşr yazır.
M.Vahidli