Fransa vətəndaşlarını təcili Belarusu tərk etməyə çağırdı
Rusiyanın Ukraynadakı son hərəkətləri və Belarusun hava məkanını bağlaması ilə bağlı verilən qərar fonunda sonuncuya hər hansı səyahət qəti şəkildə tövsiyə edilmir.
AFN.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir. Fransa öz vətəndaşlarını Belarusu dərhal tərk etməyə çağırıb.
Nazirlik fransızları Belarus ərazisini Litva, Polşa və ya Latviya vasitəsilə avtomobil yolu ilə tərk etməyə çağırıb: "Belarus ərazisində olan fransızlar yubanmadan Litva, Polşa və ya Latviya ərazisindən avtomobil yolu ilə ölkəni tərk etməlidirlər”.