Kadırov Papa haqqında: Ömrü boyu monastırda yaşayıb, dünyada nə baş verdiyini bilmir


Çeçenistan rəhbəri Ramzan Kadırov bir müddət əvvəl çeçenləri qəddar adılandıran Roma Papası Fransiskə cavab verib.


AFN.az xəbər verir ki, “Rossiya 1” kanalında yayımlanan “60 dəqiqə” verilişində bu haqda danışan Kadırov Papadan incimədiyini bildirib və həmçinin Vatikanın rəhbərinin dinə zidd olduğunu qeyd edib. “Biz görürük ki, o, müstəqil insan deyil. Çünki bu gün icazə verdiyi şey dinin heç bir yerində qəbul olunmur, dinə ziddir. Əgər dinə qarşı çıxırsa, bizim haqqımızda belə şeylər deyirsə, nə danışa bilərik?" - deyə Çeçenistan lideri vurğulayıb.

“Biz heç vaxt zorakılıq etməmişik. Döyüşçülər ən xeyirxah insanlardır, çünki özlərini başqaları üçün qurban verirlər. Sadəcə Roma Papası bunu başa düşmür. Bütün həyatı boyu bir monastırda yaşayıb və dünyada nə baş verdiyini bilmir. Mən ondan incimirəm – o, çox qocalıb”.

Qeyd edək ki, Roma Papası Fransisk ötən ilin sonlarında bu haqda danışmışdı. O, bəyan etmişdi ki, çeçenləri və buryatları “Ukraynadakı rus qoşunlarının ən qəddar hissəsi” hesab edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu