Azərbaycanın Təbrizdəki konsulluğu bağlanacaq?
İran tərəfindən Azərbaycanın Təbrizdəki konsulluğunun bağlanmasına dair hər hansı plan yoxdur.
AFN.az-ın xəbərinə görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani bu barədə açıqlama verib.
Azərbaycan Respublikasının Tehrandakı səfirliyində baş vermiş son insidentdən sonra bu ölkənin Təbrizdəki konsulluğunun fəaliyyəti barədə danışan Kənani deyib: “İran İslam Respublikasının qonşu dövlətlərlə münasibətlərlə bağlı rəsmi siyasəti əlaqələrin qorunub saxlanılması və inkişaf etdirilməsi üzərində qurulub”.
Daha öncə o, İran İslam Respublikasının bu faciəvi hadisənin aspektlərini aradan qaldırmaq üçün bütün lazımi səyləri göstərdiyini və baş vermiş hadisəyə görə iki ölkə münasibətlərinə təsir etməməsinə çalışdığını və tərəflərin məsələni mehriban atmosferdə araşdıra biləcəklərini vurğulamışdı.
M.Vahidli