İranda öldürülən etirazçıların sayı açıqlandı
Molla rejimi tərəfindən qətlə yetirilən dinc etirazçıların sayı açıqlanıb.
AFN.az xəbər verir ki, İran İnsan Haqları Təşkilatının yaydığı məlumata görə, İranda davam edən etiraz aksiyalarında 71-i uşaq olmaqla, 528 nəfər hökumət məmurları tərəfindən öldürülüb.
Məlumatda 19623 etirazçının saxlanıldığı və bunlardan 718-nin tələbə oldugu deyilir. Həbslərdən əlavə, öyrəncilərin universitetlərdən qovulma faktları da artıb.
Ümumilikdə 161 şəhərdə İranın idarəetmə sisteminə qarşı etiraz aksiyaları keçirilib, 144 universitetin tələbələri nümayişləri dəstəkləyib.
M.Vahidli