İranda öldürülənlərin sayı dəhşət doğurur


İranda ümumxalq etirazlarında bu günədək 524 nəfər həlak olub.


AFN.az xəbər verir ki, bu barədə məlumat yayan İranda Hüquq Müdafiəçiləri Təşkilatı bildirib ki, ölənlərdən 71-i yaşları 18-dən az olan şəxslərdir.
Qeyd edilib ki, ötən ilin sentyabrın 17-dən aparılan hesablamaya görə, 19.401 nəfər həbs olunub. Onlardan 4.973 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Eyni zamanda, həbs olunan 713 nəfər tələbədir. Etirazlara 144 universitetin tələbələri qoşulub.
Məlumata görə, ölkənin 164 şəhərini əhatə edən aksiyalarda güc strukturlarının 68 nümayəndəsi öldürülüb.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu