Ermənistan Türkiyəyə 27 xilasedici göndərib
Ermənistan zəlzələdən zərər çəkmiş Türkiyə və Suriyaya 56 xilasedici göndərib. Xilasedicilərdən 27-si Türkiyəyə, 29-u Suriyaya yola düşüb.
AFN.az xəbər verir ki, Ermənistan Daxili İşlər Nazirliyinin fevralın 8-də yaydığı məlumatda belə deyir.
Qeyd edək ki, Ermənistanın Baş Naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək zəlzələdə çoxsaylı insan itkisi ilə bağlı başsağlığı verib. Eyni zamanda, Paşinyan Türkiyəyə yardım göstərməyə hazır olduğunu bildirib.
M.Vahidli