Co Bayden Ukraynaya sonsuz dəstək vəd etdi


ABŞ prezidenti Co Bayden bəyan edib ki, rəsmi Vaşinqton lazım olduğu müddətdə Ukraynanı dəstəkləməyə davam edəcək.


AFN.az-ın xarici mediaya istinadən xəbərinə görə, o, Konqresin hər iki palatasında çıxışı zamanı belə deyib. “Biz Ukraynanı dəstəkləməkdə həmrəyik və nə qədər lazımdırsa, sizinlə olacağıq”, - deyə Bayden qeyd edib.
Ağ Evin rəhbəri bildirib ki, ABŞ ən yaxşı işi gördü - NATO-nu birləşdirdi, Ukraynaya qlobal yardım koalisiyasına rəhbərlik etdi və xalqımızı dəstəkləməkdə davam edir. O əlavə edib ki, Rusiyanın Ukraynadakı müharibəsi və koronavirus qlobal inflyasiyaya səbəb olub. Co Baydenin sözlıərinə görə, inflyasiya pandemiyanın və Putinin müharibəsinin enerji və ərzaq təchizatını pozması nəticəsində yaranmış qlobal problemdir. ABŞ prezidenti əmindir ki, Putinin Ukraynaya müdaxiləsi Amerikanın özü üçün vacib suallara cavab verməli olduğu bir sınaqdır.
"Əsas fundamental prinsiplərimizi saxlayacağıqmı? Terrorla mübarizə aparacağıqmı? Demokratiyanı müdafiə edəcəyikmi? Bu çox vacibdir və təhükəsizliyinizi təhdid edən təcavüzkarın hərəkətlərini dayandıraraq sülhü qorumaq lazımdır. Bir ildən sonra cavabı bilirik: bəli, bunu edirik və biz bunu etdik”-Bayden belə deyib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu