Türkiyə yaxın vaxtlarda Ceyhan terminalına neft tədarükünü bərpa edəcək
“Report” xəbər verir ki, bu barədə “Bloomberg” məsələ ilə tanış olan rəsmi şəxsə istinadən məlumat yayıb.
“Türkiyə hökuməti Aralıq dənizi sahilindəki Ceyhan ixrac terminalına neftin tədarükünü bərpa etmək barədə göstəriş verib”, - o bildirib.
Onun sözlərinə görə, Ceyhan terminalı vasitəsilə neft tədarükünə yaxın vaxtlarda başlanılacaq.
Qeyd edək ki, Ceyhan neft terminalı zəlzələnin episentrindən 155 kilometr məsafədə yerləşir.