Hulusi Akar: “ABŞ-ın “F-16”ları Ankaranın yeganə variantı deyil”
“ABŞ-ın “F-16” qırıcılarını ölkəsinə satmaqdan mümkün imtinası Ankaranı alternativ variantları nəzərdən keçirməyə vadar edəcək. ABŞ “F-16”ları Ankaranın yeganə variantı deyil”.
“Report”un məlumatına görə, bu sözləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar “Milliyet” qəzetinə müsahibəsində söyləyib.
“Biz gözləyirik ki, ABŞ-da sağlam düşüncə üstünlük təşkil edəcək və onlar problemin hərtərəfli qiymətləndirilməsi əsasında qərar verəcəklər. Türkiyə parlamentindən olan həmkarlarımız ABŞ Konqresinin nümayəndələri ilə danışıqlar aparır. Şüarımız “Güclü Türkiyə, güclü Ordu, güclü NATO”dur. Biz də deyirik ki, “F-16” bizim yeganə variantımız deyil”- deyə, o bildirib.