Ərdoğan Kosovo Baş naziri Kurtini qəbul edib


Prezident Rəcəb Tayyib Ərdoğan Kosovanın Baş naziri Albin Kurtini qəbul edib.


AFN.az xəbər verir ki, baş nazir Türkiyəyə Prezident Ərdoğanın dəvəti ilə gəlib. Görüşdə Türkiyə ilə Kosovo arasında ikitərəfli münasibətlərə müxtəlif aspektlərdə nəzər salınıb, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün mümkün addımlar müzakirə edilib. Həmçinin Balkanlar başda olmaqla regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ərdoğan Albin Kurti ilə birgə mətbuat konfransı keçirib. Türkiyənin Kosovanı ikinci tanıyan ölkə olduğunu xatırladan Ərdoğan, "Biz hər zaman kosovalı qardaşlarımızın yanında olmuşuq və bundan sonra da davam edəcəyik" - deyə bildirib.

Öz növbəsində Kurti "İstanbulda bu tarixi şəhərdə olmaqdan çox xoşbəxtəm. İstanbul həm də insanlarımızın cazibə mərkəzidir. Şəmsəddin Sami bizim üçün milli intibah dövrünün qurucularından biridir. Milli oyanış prosesimizin mühüm bir hissəsi İstanbulda başlayıb. İki ölkə arasında dostluq münasibətlərindən, iqtisadi, ticarət və təhlükəsizlik sahələrində əməkdaşlıq imkanlarından danışdıq, həmçinin regionda baş verənləri dəyərləndirdik. NATO-nun Kosovoya müdaxiləsində Türkiyənin köməyinə görə hər zaman minnətdar olacağıq. Bu hərəkət Priştinanın azad edilməsi idi. Ərdoğana verdiyi dəstəyə görə təşəkkür edirəm, o, NATO və AB-yə üzvlüyümüz üçün dəstək istədi. Avropa qitəsinin bu dövrü də bizi birləşdirdi" - deyə vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu