Kanada minlərlə Uyğur türkünü ölkəyə qəbul edəcək


Kanada parlamenti 10 min uyğur türkünün Çindən köçürülməsi təklifini qəbul edib.


AFN.az xəbər verir ki, Kanada Çini tərk edən və geri qayıtmaları üçün təzyiq edilən uyğur türklərinin ölkəyə qəbul edilməsi məsələsini səsə qoyub. İki il ərzində 10 min uyğur türkünün Kanadaya qəbulunu nəzərdə tutan təklif yekdilliklə qəbul edilib. 322 deputatın hamısı deputat Sameer Zuberinin təqdim etdiyi təklifin lehinə səs verib. Təklifin əhatə etdiyi proqramın 2024-cü ildə başlaması və qaçqınların hökumət tərəfindən əhatə olunacağı gözlənilir. İmmiqrasiya naziri Sean Fraser, Kanadanın müdafiəyə ehtiyacı olan hər kəsə kömək etməyə davam edəcəyini söyləyərək, "Qəbul edilmiş təklifdə göstərilən tədbirləri görmək üçün hər kəslə işləmək əzmindəyəm" - deyib.

Öz növbəsində Çinin xarici işlər naziri Mao Ninq Sincanda uyğurların dinc yaşadığını, onların haqlarının qorunduğunu bildirib. “Biz Kanada tərəfinə xəbərdarlıq etdik ki, faktlara hörmətlə yanaşsınlar, Sincan problemindən bədxah niyyət və siyasi manipulyasiya üçün istifadə etməyi dayandırsınlar, yalan məlumat yaymağı və ictimaiyyəti dezinformasiya etməyi dayandırsınlar" - deyə Ninq əlavə edib.

Qeyd edək ki, Kanada ilə Çin arasında diplomatik münasibətlər son illərdə xeyli gərginləşib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu