Serj Sarkisyanın qardaşının sərvəti müsadirə olunacaq

Ermənistan eks-prezidenti Serj Sarkisyanın qardaşı Lev Sarkisyanın, oğlu Narekin və qızı Anyanın 9,4 milyon dollar məbləğində pulu və əmlakı qanunsuz mənşəli hesab edilib.
AFN.az-ın xəbərinə görə, Ermənistan Baş Prokurorluğunun açıqlamasında bildirilir ki, bu səbəbdən sərvətin müsadirə olunacağı gözlənilir. Qurumun məlumatına görə, bu məbləğin 6,8 milyon dollarını kommersiya banklarındakı əmanətlər təşkil edir.
Bununla yanaşı, 9 daşınmaz əmlak obyektinin, 2 daşınar əmlak obyektinin və 3 təşkilatda iştirakın gəlirlərinin qanuniliyi əsaslandırılmayıb. Sarkisyanlara qarşı hər üç iddia Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsindədir.
Leva Sarkisyanın vəkili bildirib ki, müdafiə etdiyi şəxs ittihamları tanımır.
M.Vahidli